Əsas Səhifə > Hadisə > Bakıda 73 yaşlı qadını avtomobil vuraraq öldürüb

Bakıda 73 yaşlı qadını avtomobil vuraraq öldürüb


18-07-2024, 09:47


Bakıda 73 yaşlı qadını avtomobil vurub.

Şəffaflıq.az əbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov küçəsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Natiq Səlimov idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Qətibə Rzayevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Geri qayıt