Əsas Səhifə > Hadisə > Şəmkirdə yol qəzasında 58 yaşlı kişinin beli sınıb
Şəmkirdə yol qəzasında 58 yaşlı kişinin beli sınıb18-07-2024, 09:22 |
Şəmkir rayonunda 58 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, 1966-cı il təvəllüdlü Rəhimov Fazil Mövsüm oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |