Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib

Azərbaycan Standartlaşdırma İnstitutu auditor seçib


17-07-2024, 11:34


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2023-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlaması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Şəffaflıq.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 3 min manat ödəniləcək.


Geri qayıt