Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 9 milyon manatdan çox ƏDV geri qaytarılıb
Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 9 milyon manatdan çox ƏDV geri qaytarılıb17-07-2024, 10:49 |
Bu ilin I yarısında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara bu il 9 milyon manatdan çox ƏDV geri qaytarılıb. Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, 2022-ci ilin noyabrından 2024-cü il iyulun 1-dək vətəndaşlar tərəfindən müvafiq portal üzrərindən ümumilikdə 16 329 müraciət daxil olub ki, həmin müraciətlərdən 8 563-ü üzrə 34,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Təkcə bu ilin 6 ayında portal üzrərindən 2 597 müraciət daxil olub, bunun 1 802-si üzrə 9,2 miylon manat vəsait vətəndaşlara ödənilib, müvafiq qaydaların tələblərinə əsasən 526 müraciət üzrə ödənişdən imtina olunub. Eyni zamanda, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər 1 398 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edib ki, onlardan 917-si təsdiqlənib. ƏDV-nin bir hissəsinin qaytarılması vətəndaşlar tərəfindən dövlət ipoteka krediti vasitəsilə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üzrə mənzillərə də şamil olunur. 2023-cü ilin sentyabrından başlayaraq vergi orqanı tərəfindən vəsait şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bu isə həmin sahədə mövcud olan bəzi çətinlikləri aradan qaldırıb. İmtina hallarına səbəb olan bir sıra məqamlar mövcuddur. Bunlar son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının əks etdirilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsidir. Eyni zamanda, mənzil tikintisi ilə məşğul olan şəxslərə bina tikintisi ilə bağlı məlumat formalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim etmələri tövsiyyə olunur. Bununla bağlı vergi orqanları tərəfindən müvafiq monitorinq - təhlil işləri həyata keçirilir Geri qayıt |