Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ Mərkəzi Komandanlığı: İŞİD ötənilki hücumların sayını iki dəfə artırmağa cəhd edir

ABŞ Mərkəzi Komandanlığı: İŞİD ötənilki hücumların sayını iki dəfə artırmağa cəhd edir


17-07-2024, 09:49


İŞİD terror təşkilatı hücumların sayını azı iki dəfə artırmağa, Yaxın Şərqdəki şərti “sükutundan” çıxmağa çalışır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, 2024-cü ilin yanvarından iyuna qədər təşkilatın silahlıları İraq və Suriyada 153 hücumun məsuliyyətini öz üzərinə götürüb.

"İŞİD bu sürətlə 2023-cü ildəki hücumların ümumi sayını iki dəfədən çox artırmağa doğru gedir", - komandanlıq bəyan edib.


Geri qayıt