Əsas Səhifə > Hadisə > Bakı Dəniz Limanında işçi yıxılaraq ölüb

Bakı Dəniz Limanında işçi yıxılaraq ölüb


17-07-2024, 09:37


Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.

M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt