Əsas Səhifə > Hadisə > Bakıda yük avtomobili mopedlə toqquşub, ölən var
Bakıda yük avtomobili mopedlə toqquşub, ölən var17-07-2024, 09:23 |
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Məlumata görə, Kamal Cəlilovun idarə etdiyi "Hyundai HD 120" markalı yük avtomobili Fərrux Fəttayevin idarə etdiyi mopedlə toqquşub. Hadisə nəticəsində ağır xəsarət alan F.Fətullayev xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |