Əsas Səhifə > FUTBOL > "Formula 1" pilotu İngiltərə millisinə dəstək olub

"Formula 1" pilotu İngiltərə millisinə dəstək olub


15-07-2024, 13:45


"Formula 1" üzrə 7 qat dünya çempionu, "Mercedes" komandasının britaniyalı pilotu Luis Hemilton Almaniyada təşkil edilmiş futbol üzrə Avropa çempionatının finalında İspaniyaya uduzan İngiltərə millisinə dəstək olub.

Şəffaflıq.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

“Mən sizin hamınızla fəxr edirəm. Heç vaxt təslim olmayın və bu, ən vacibdir”, - Hemilton vurğulayıb.

Qeyd edək ki, İngiltərə yığması Berlin Olimpiya stadionunda baş tutan həlledici qarşılaşmada İspaniya millisinə 1:2 hesabı ilə uduzub.


Geri qayıt