Əsas Səhifə > İnfrastruktur > Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 20%-ə yaxın artıb
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması 20%-ə yaxın artıb15-07-2024, 13:35 |
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 9,3 milyon ton yük, 3 milyon 849,8 min sərnişin daşınıb. Şəffaflıq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % və 19,2 % artıb. 6 ay ərzində sutkadaorta hesabla 373 vaqon yüklənib, 426 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib. Geri qayıt |