Əsas Səhifə > SAĞLAMLIQ > Ötən ay Bakıda təcili yardıma 70 minə yaxın çağırış daxil olub
Ötən ay Bakıda təcili yardıma 70 minə yaxın çağırış daxil olub15-07-2024, 13:24 |
İyun ayı ərzində Bakı şəhəri üzrə "103" Çağrı mərkəzinə 60 982 çağırış daxil olub. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, onlardan 6 291 nəfər hospitizasiya olunub. Çağırışlardan 4 201-i əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlərdir. 5 983 nəfərin çağırışı isə nəticəsiz ( yerində tapılmadı, tibbi yardımdan imtina və həkimə qədər ölüm və s. ) olaraq qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |