Əsas Səhifə > SİYASƏT > Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyevlə vida mərasimi keçirilir

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyevlə vida mərasimi keçirilir


15-07-2024, 13:19


Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevin nəşi Ağdam rayonuna gətirilib.

Şəffaflıq.az-ın Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun “Dördyol-2” qəsəbəsində ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Məmməd Hüseyn oğlu Mirzəyev 1967-ci il noyabrın 5-də anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb.

M.Mirzəyev Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunacaq.



Geri qayıt