Əsas Səhifə > MEDİA > Ölkə.Az 10 yaşını qeyd edir

Ölkə.Az 10 yaşını qeyd edir


15-07-2024, 11:19


Bu gün Ölkə.az xəbər saytı 10 illik yubileyini qeyd edir.

"Report" xəbər verir ki, xəbər portalı 2014-cü ildə fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

Sayt qısa müddət ərzində sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Xəbər saytının redaksiyası 10 illik yubileylə bağlı açıqlama yayıb.

"Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını yerinə yetirir.

10 il ərzində Ölkə.az xəbər saytı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.az-ın böyüməsinə və inkişafına böyük təkan verib. Bu səbəbdən Ölkə.az kollektivi oxuculara sonsuz təşəkkürlərini bildirir.

Ölkə.az xəbər saytı olaraq, gələcəkdə də eyni peşəkarlıq və sadiqliklə xidmət göstərməyə davam edəcəyik. Oxucularımıza doğru, dəqiq və obyektiv məlumatlar çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Sizlərin dəstəyi ilə daha da böyüyəcək və inkişaf edəcəyik", - deyə redaksiya bəyan edib.

Şəffaflıq.az İnformasiya Agentliyinin kollektivi həmkarlarını təbrik edir, onlara yaradıcılıq uğurları arzulayır!


Geri qayıt