Əsas Səhifə > TURİZM > Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb

Azərbaycandakı 5 ulduzlu hotellərdə orta qiymət 39 % artıb


15-07-2024, 11:08


Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib.

Şəffaflıq.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 347,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 8,6 % çoxdur.

İkinci yerdə 308 manat olmaqla Abşeron hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 82,2 % çoxdur.

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 306 manat olmaqla Quba tutub. Bu rayonda orta qiymət son 1 ildə 2 dəfə artıb.

Naftalanda ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 223,9 manata (+15,1 % ), Bakıda 208,5 manata (+ 39,1 %), Lənkəranda 183,6 manata (- 28,3 %), Qaxda 161 manata (+ 20 %), Şəmkirdə 157 manata (+ 27,7 %), İsmayıllıda 156,6 manat, Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-93,9 %), Şəkidə 71,1 manat ( - 72,8 %) başa gəlib.


Geri qayıt