Əsas Səhifə > Hadisə > Ağdaşda oğul atasını bıçaqlayıb

Ağdaşda oğul atasını bıçaqlayıb


15-07-2024, 09:33


Ağdaşda oğul atasını bıçaqlayıb.

Şəffaflıq.az xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Kənan Zülfüqarov münaqişə zəminində atası 1976-cı il təvəllüdlü Aqil Zülfüqarovu bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, kəsici alətlə atasına xəsarət yetirən şəxs saxlanılıb, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt