Əsas Səhifə > Hadisə > DİN və DSX birgə əməliyyat keçirib, 6 kq marixuana, 1 800 ədəd metadon həbi dövriyyədən çıxarılıb
DİN və DSX birgə əməliyyat keçirib, 6 kq marixuana, 1 800 ədəd metadon həbi dövriyyədən çıxarılıb14-07-2024, 13:45 |
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb. Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Şəffaflıq.az Geri qayıt |