Əsas Səhifə > QOROSKOP > Günün qoroskopu:Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin.
Günün qoroskopu:Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin.14-07-2024, 00:03 |
Qoç - günün ilk yarısı xoş emosiyalar vəd edir. Yeni işgüzar layihəyə başlamaq niyyətiniz varsa, tərəfdaş və şəriklərin sayını artırın. Faydalı əlaqələri intensivləşdirin. Yeni tanışlardan birinin məsləhətindən yararlanın. Buğa - ciddi iş planlaşdırmayın: bu gün işdəki vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz. Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam gətirmir. Ciddi xərclər mümkündür. Əkizlər - yeni gün uğur vəd edir. Kommersiya və biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə qulaq asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını artırın. Yeni dostlar işlərinizdə yardımçı ola bilər. Xərçəng - tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can atın. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Şir - cazibədarlığınız sayəsində çox şeyə nail olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün davranırsınız. Qız - günün ilk yarısı yorucu, usandırıcı təsir bağışlaya bilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə yararlanın. İmkanlarınızın və potensialınızın reallaşması üçün əlverişli şəraitdir. Tərəzi - fantaziyanıza güc versəniz, dolğun, maraqlı və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir. Demək ki, nə özünüz, nə ətrafınızdakılar darıxmağa imkan tapmayacaqlar. Üstəlik, dostlarınız gözlənilmədən sizə baş çəkə bilərlər. Darıxdığınız insanlarla görüşə bilərsiniz. Ola bilsin ki, bir vaxtlar ürəyinizə hakim kəsilmiş insan da özü barədə xatırlatsın. Əqrəb - əvvəlki günlərdən fərqli olaraq daha asudə və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq. Problemləri nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini dəyişmək olar. Oxatan - cari problemləri unutmayın, onların həllini təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi münasibətlərdə yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş keçirmək istəyiniz fəaliyyətinizə mane olmamalıdır. Oğlaq - danışıqlar vasitəsilə istənilən problemi həll etmək olar. Çalışdığınız kollektivdə effektiv əməkdaşlıq mühitinin yaranmasında iştirak edin. Aldığınız məlumatları yoxlayın. Hər sözə inanmayın. Dolça - günün ilk yarısı yaxşı başlayacaq. Nikbin olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin. Diqqətinizi əsas məsələlərə yönəldin. Balıqlar - ağır zəhmətə, intensiv fəaliyyətə hazır olun. Məişət qayğıları və problemlərin sayının artması əhavalınızın pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb olmasın. Geri qayıt |