Əsas Səhifə > REGİON > Ermənistanın Baş naziri və ABŞ dövlət katibinin müavini Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər
Ermənistanın Baş naziri və ABŞ dövlət katibinin müavini Bakı ilə İrəvan arasında sülh prosesini müzakirə ediblər13-07-2024, 23:33 |
Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə ediblər. “Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”, – məlumatda qeyd olunub. Şəffaflıq.az Geri qayıt |