Əsas Səhifə > XARİCİ XƏBƏR > Lukaşenko: Belarus-Ukrayna sərhədində gərginlik aradan qaldırılıb

Lukaşenko: Belarus-Ukrayna sərhədində gərginlik aradan qaldırılıb


13-07-2024, 23:27


Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət əvvəl vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsindən sonra Ukrayna ilə sərhəddə gərginliyin aradan qaldırıldığını bəyan edib.

Şəffaflıq.az  BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Luninets vilayətində ölkənin cənub əməliyyat istiqamətində hərbi təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair müşavirədə bildirib.

“Bizim konkret işimizdən sonra ukraynalılar öz silahlı qüvvələrini və əlavə qoşunlarını göndərildikləri sərhədimizdən çıxarıb və ümumilikdə Belarus-Ukrayna sərhəd zonasından çıxarıblar”, – dövlət başçısı bildirib.

O əlavə edib ki, hazırda Ukrayna tərəfi ilə heç bir çətinlik yoxdur.


Geri qayıt