Əsas Səhifə > İdman > Azərbaycanın U-16 basketbol millisi finala yüksəlib

Azərbaycanın U-16 basketbol millisi finala yüksəlib


13-07-2024, 23:22


Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Avropa çempionatının C divizionunda yarımfinal görüşünə çıxıb.

Şəffaflıq.az xəbər verir ki, Albaniya ilə qarşılaşan yığmamız 92:62 hesablı qələbə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Evren Alkayanın rəhbərlik etdiyi kollektiv qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyib.


Geri qayıt