Əsas Səhifə > İdman > Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub

Azərbaycanın basketbol millisi Avropa çempionatında növbəti dəfə məğlub olub


13-07-2024, 23:19


Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Şəffaflıq.az xəbər verir ki, B qrupunda Böyük Britaniya ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.

Qeyd edək ki, seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzub. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığma Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.


Geri qayıt