Əsas Səhifə > REGİON > İmran Xan evlilik ittihamından bəraət qazanmasına baxmayaraq, azadlığa buraxılmayacaq

İmran Xan evlilik ittihamından bəraət qazanmasına baxmayaraq, azadlığa buraxılmayacaq


13-07-2024, 23:16


Pakistanın sabiq Baş naziri İmran Xan evlilik ittihamından bəraət qazanmasına baxmayaraq, azadlığa buraxılmayacaq.

Şəffaflıq.az “Reuters”ə istinadən xəbər verir k, İmran Xan və onun üçüncü arvadı Buşra Bibi şənbə günü Pakistan məhkəməsi tərəfindən qeyri-qanuni evlənmək ittihamından bəraət qazanıblar, lakin səlahiyyətlilər onun həbs edilməsi üçün yeni əmrlər verdiyinə görə İmran Xan azadlığa buraxılmayacaq.

Qeyd edək ki, fevral ayında məhkəmə İmran Xan və həyat yoldaşı Buşra Bibini (Xan) 7 il müddətinə azadlıqdan məhrum edib. Səbəb olaraq isə Büşra Bibinin boşandıqdan sonra İmran Xanla evlənərkən interval gözləməməsi və bununla da tərəflərin islam qanunlarını pozması göstərilib.

Bu hadisədən sonra onlar hökmdən apellyasiya şikayəti veriblər. Apellyasiya məhkəməsinin qərarında isə hər iki şikayətçinin ittihamlardan bəraət aldığı əks olunub. Lakin hazırda İmran Xan digər ittihamlar üzrə bəraət almadığına görə həbs cəzası çəkməyə davam edəcək.


Geri qayıt