Əsas Səhifə > SİYASƏT > Komitəyə məişət zorakılığı ilə bağlı 267 müraciət daxil olub, 32 mühafizə orderi verilib

Komitəyə məişət zorakılığı ilə bağlı 267 müraciət daxil olub, 32 mühafizə orderi verilib


12-07-2024, 13:16


2024-cü ilin 6 ayı ərzində Ailə Qadın və Uşaq Məsələləri Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 267 müraciət daxil olub, 32 mühafizə orderi verilib.

Komitədən  verilən məlumata görə, daxil olan müraciətlərdə fiziki zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib və onlar zorakılığın bir neçə növünə məruz qalıblar.

Qeyd edək ki, müraciət edənlərin əksəriyyəti əri (115), keçmiş əri (47) və yaxın qohumu (135) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 249 nəfəri kişi, 105 nəfəri qadındır.

Şəffaflıq.az


Geri qayıt