Əsas Səhifə > SİYASƏT > Qubada Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışovla vida mərasimi keçirilir

Qubada Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışovla vida mərasimi keçirilir


12-07-2024, 12:49


Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İdris Osman oğlu Baxışovun meyitinin qalıqları Quba rayonuna gətirilib.

Şəffaflıq.az-ın Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Quba rayonunun Qənidərə kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, İdris Osman oğlu Baxışov 1973-cü il dekabrın 25-də anadan olub. O, 1993-cü il aprelin 1-də Kəlbəcər rayonunda itkin düşüb.

İ.Baxışov Qənidərə kənd qəbiristanlığında dəfn olunacaq.




Geri qayıt