Əsas Səhifə > SAĞLAMLIQ > İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək

İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək


12-07-2024, 12:08


İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitənin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli Qeyri-Hökumət (QHT) Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və digər ictimaiyyət nümayəndələri qatılacaq.

Sözügedən aksiya Aşura mərasimlərinin İslam dininin mahiyyətinə və xalqın yüksək mədəniyyətinə uyğun şəkildə keçirilməsini, insanlar arasında həmrəyliyin aşılanmasını, yardımlaşmanın önəmini təşviq etmək məqsədilə keçirilir və tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qurumdan bildirilib ki, Aşura mərasimləri zamanı bədənə xəsarət yetirmək, qan çıxarmaq və digər xurafat meyilləri İslam dininə görə yolverilməzdir.

Sevil Seymur


Geri qayıt