Əsas Səhifə > Hadisə > Bakıda 17 yaşlı velosipedçini avtomobil vurub

Bakıda 17 yaşlı velosipedçini avtomobil vurub


12-07-2024, 09:25


Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində 2007-ci il təvəllüdlü Abışov Amin Ramiz oğlu velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt