Əsas Səhifə > FUTBOL > "Qəbələ"nin hazırlıq planı müəyyənləşib

"Qəbələ"nin hazırlıq planı müəyyənləşib


11-07-2024, 14:15


“Qəbələ” klubunun 2024/2025 mövsümünə hazırlıq planı müəyyənləşib.

Şəffaflıq.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Rəqiblər və qarşılaşmaların tarixləri hələlik məlum deyil.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.


Geri qayıt