Əsas Səhifə > QOROSKOP > Günün qoroskopu:Alış-verişə yollananda bədxərclik etməyin. Mənasız xərclər maddi durumunuza zərbə vura bilər.
Günün qoroskopu:Alış-verişə yollananda bədxərclik etməyin. Mənasız xərclər maddi durumunuza zərbə vura bilər.11-07-2024, 00:07 |
Qoç - Günün ilk yarısından formalaşan situasiya və hadisələrin axarı sizdən ayıq olmağı, maksimal konsentrasiyanı tələb edir. Tənbəllik etməyin. Aktual məsələlərin həllində maksimum qüvvə və inadla çalışın. Yalnız belə olarsa, uğur qazanacaqsınız. Buğa - Bu və digər situasiyada fərqli davranış modelini seçə bilərsiniz. Ətrafınızdakı insanlardan biri sizi dəstəkləyəcək. Yaxın səfər, uzağa səyahət təklif olunursa - razılaşın. Yaydır, bir qədər istirahətə ehtiyac duyulur. Əkizlər - Prioritetlər arasında zəruri ehtiyacları və əsas məsələləri ön plana çıxarın. Yaşam arealı, gəlirlər, qidalanma, səhhət - bütün bunlar diqqət tələb edən nüanslardır. Pulunuzu məhz həmin sferalara sərf edin. Xərçəng - Maddi baxımdan özünüzü rahat hiss etməyəcəksiniz. Pulunuzun qədrini bilin. Ətrafınızdakı insanların istəklərindən hali olun. Xidməti fəaliyyət müstəvisində əhəmiyyətli irəliləyişə nail olmaq şansları yaranıb. Şir - Rutin işlər sizi bezdirə bilər. Mümkündür. Amma cari işləri yarımçıq qoyaraq yeni layihəyə start vermək ən azı məntiqsizlikdir. İstək, illüziya və xəyallarınızın əsirinə çevrilərək reallıqdan kənarlaşmayın. Qız - İşlərin gedişatından şikayətlənmək üçün səbəb yoxdur. Fəaliyyətinizin nəticələri sizi sevindirəcək. İşdə rəhbərliyin göstərişlərini yerinə yetirin. Amma maaşınızdan və ümumiyyətlə, durumunuzdan narazısınızsa, iş yerini dəyişmək barədə düşünmək gərəkdir. Tərəzi - Maliyyə problemlərinin həllinə səhər saatlarından başlasanız, yaxşıdır. Həmkarlarla və tərəfdaşlarla işbirliyi istənilən layihədə uğur şanslarını artıracaq. Pulları yalnız ən önəmli işə sərf edin. Əqrəb - Əməllərinizə və sözlərinizə xüsusi diqqət yetirin. Mübahisələri aramlı arayışlar və təmkinli söhbətlə çözmək olar. İzafi emosiyalar münaqişələrə yol açır. Başqalarının istəklərini kor-koranə yerinə yetirməyin. Oxatan - Baş verənləri soyuqqanlı, məntiqli şəkildə dəyərləndirin. Qüvvə və potensialınızı olduğundan artıq saymayın. Kənardan yardımlara da güvənməyin. Özünütənqidi unutmasanız, fəaliyyət prosesində düşünülməmiş addımların atılması ehtimalı azalacaq. Oğlaq - Dəyər verdiyiniz insanlardan biri sizə yardım etməyə çalışacaq. Onun məsləhətlərinə qulaq asın. Ətrafınızdakı insanların maraq və mənafelərini nəzərə alın. Çətin situasiyada başınızı itirməyin. Dolça - İdarəetmə və təsərrüfatla bağlı məsələlərin həllində astagəllik etməyin. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq asın. Onları dinləməyi bacarın. Qayğıkeş və səmimi olsanız, daha ciddi irəliləyişə nail ola bilərsiniz. Balıqlar - Adi günlərdən fərqli olaraq indi yaxın ətrafınızdakı insanlarla daha sıx təmaslar zəruridir. İşdə rəhbərliklə təkbətək danışıqlar aparmaq olan. Cari problemlərin və həllini tələb edən məsələlərin müzakirələrindən çəkinməyin. Geri qayıt |