Əsas Səhifə > ELM VƏ TƏHSİL > Biləsuvarda ilk dəfə keçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Biləsuvarda ilk dəfə keçirilən MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb


10-07-2024, 23:46


Biləsuvar rayonunda 2-10 iyul tarixlərində keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün yekunlaşıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu tipli imtahan Biləsuvar rayonunun özündə ilk dəfə olaraq keçirilib.

Belə ki, bu vaxta qədər olan bu tipli imtahanlar Şirvan-Salyan Regional Təhsil İdarəsinin inzibati binasının yerləşdiyi (Salyan şəhəri) rayonda keçirilib.

Bu ildən isə artıq Biləsuvar rayonunda müvafiq imtahan mərkəzində sözügedən proses baş tutub.


Geri qayıt