Əsas Səhifə > EKOLOGİYA > Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi ilə bağlı dinləmə keçiriləcək
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi ilə bağlı dinləmə keçiriləcək10-07-2024, 17:28 |
Tikinti və infrastruktur layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi, bu məqsədlə ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ictimai dinləmə keçiriləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyulun 12-də Dövlət Ekoloji Ekspertiza Agentliyində baş tutacaq olan dinləmədə aidiyyəti dövlət qurumları, tikinti şirkətləri, ekspertlər, layihə icraçıları, QHT və KİV nümayəndələri iştirak edəcək. Həmçinin Bakı şəhəri üzrə Agentliyə təqdim olunmuş layihələrin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair müzakirələr aparılacaq, hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün ictimai dinləmə iştirakçılarının fikirləri öyrəniləcək. Şəffaflıq.az Geri qayıt |