Əsas Səhifə > Hadisə > Coratda evə silahlı basqın edərək üç nəfəri öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Coratda evə silahlı basqın edərək üç nəfəri öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb10-07-2024, 13:20 |
Corat qəsəbəsində evə silahlı basqın edərək üç nəfəri öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Şəffaflıq.az-ın yerli bürosunun məlumatına görə, Sumqayıt Ağır Cinayət Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.3, 29,120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29,186.2.1, 29,186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd), 228.1, 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) və 229.1, 229.4-cü (qanunsuz olaraq partlayıcı qurğuları, qaz silahını, soyuq silahı hazırlama) maddələri ilə təqsirləndirilən Tağıyev Müşfiq Məhəmməd oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə iclası iyulun 24-nə təyin olunub. Qeyd edək ki, 2023-cü il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar. Sonradan yaralılardan biri – müalicə üçün Türkiyəyə aparılan Serkan Karakaş da orada xəstəxanada ölüb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb. Geri qayıt |