Əsas Səhifə > REGİON > "Paşinyan Ter-Petrosyanın planını reallaşdırır" - Erməni ekspertdən ŞOK QARABAĞ ÇAĞIRIŞI

"Paşinyan Ter-Petrosyanın planını reallaşdırır" - Erməni ekspertdən ŞOK QARABAĞ ÇAĞIRIŞI


6-12-2019, 00:02

 

“Baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın proqramını reallaşdırır”.

Şəffaflıq.az publika.az-a istinadən
xəbər verir ki, bu barədə İrəvan Ağsaqqallar Şurasının keçmiş üzvü, ekspert Marina Xaçatryan deyib.

Onun sözlərinə görə, buna hərbi xidmətin 10 milyon dram ödənişlə əvəzlənməsi və bir çox şeylər nümunədir.

Qeyd edək ki, Paşinyanın rəhbəri olduğu “Mənim Addımım” fraksiyasının deputatı Hayk Sarkisyanın 10 milyon dram ödəyərək bir ay orduda xidmət etməklə hərbi xidmətin əvəzlənməsini özündə əks etdirən qanun layihəsi ilə çıxış edib. Bu, erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.

Marina Xaçatryan Paşinyanın arvadı Anna Akopyanın Dağlıq Qarabağa girişinin qadağan edilməsinin vacibliyini bildirib.

“Anna Mehriban Əliyevanı Qarabağa dəvət edir və birgə muğama qulaq asmağı təklif edir. Bu nə deməkdir? Mümkündür ki, Azərbaycan müharibəyə hazırlaşır, Paşinyan və arvadı isə belə bəyanatlarla mesaj verir: Başla! Niyə Anna Akopyan Qarabağda sülh proqramından niyə imtina etdi?! Akopyanın Qarabağa girişinə qadağa qoymaq lazımdır”, - erməni ekspert bildirib.
Geri qayıt