Əsas Səhifə > HƏRBİ > “Birləşdik – 2024” beynəlxalq təlimi çərçivəsində təhlükəsizlik və təşkilati məsələlər müzakirə edilib

“Birləşdik – 2024” beynəlxalq təlimi çərçivəsində təhlükəsizlik və təşkilati məsələlər müzakirə edilib


10-07-2024, 12:54


Qazaxıstanın Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində müvafiq tədbirlər görülür.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın beynəlxalq təlimdə iştirak edəcək nümayəndələrinin rəhbər heyətinin iclası keçirilib.

İclasda təhlükəsizlik, təşkilati və digər məsələlərlə bağlı təkliflər dinlənilib, ətraflı müzakirələr aparılıb.

Sonra hərbi qulluqçular təlimin keçiriləcəyi ərazi ilə tanış olublar. Ərazi ilə tanışlıq zamanı şəxsi heyət təlimatlandırılıb, onlara təhlükəsizlik qaydaları çatdırılıb və təlim haqqında təfsilatlı məlumat verilib.
Daha sonra beynəlxalq təlim çərçivəsində təşkil olunacaq “Бағдар” taktiki səmti müəyyənetmə yarışının püşkatma mərasimi keçirilib.
Hərbi qulluqçuların peşəkarlığının artırılması məqsədilə keçiriləcək yarışın əsas mərhələsi iyulun 13-də baş tutacaq.
Şəffaflıq.az




Geri qayıt