Əsas Səhifə > SİYASƏT > Abşeronda Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib

Abşeronda Xocalı şəhidi Usubəli Qarayevlə vida mərasimi keçirilib


10-07-2024, 11:42


Qalıqları Xocalı rayonunun Dəhraz kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Usubəli Süleyman oğlu Qarayevin nəşi Abşeron rayonuna gətirilib.

Şəffaflıq.az-ın yerli bürosunun məlumatına görə, şəhidin nəşi “Ceyranbatan bağları” yaşayış massivində ailəsinə təhvil verilib.

Qəsəbədə şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

U.Qarayev iyulun 11-də Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.





Geri qayıt