Əsas Səhifə > MALİYYƏ > Bakı Marionet Teatrı auditor seçir

Bakı Marionet Teatrı auditor seçir


10-07-2024, 10:51


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Şəffaflıq.az xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.

İddiaçılar təkliflərini iyulun 24-nə qədər teatrın yerləşdiyi İçərişəhər, Müslüm Maqomayev küçəsi, 20 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 24-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.


Geri qayıt