Əsas Səhifə > Hadisə > Kəlbəcərdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Kəlbəcərdə iki avtomobil toqquşub, xəsarət alanlar var


10-07-2024, 10:43


Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” markalı nəqliyyat vasitəsinin “QAZel” markalı avtomobillə toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Ə. İbadov və 2002-ci il təvəllüdlü E. Həsənli xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt