Əsas Səhifə > BİZNES > Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub

Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub


10-07-2024, 10:39


Azərbaycan Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş "INNOPROM – 2024" beynəlxalq sərgisində təmsil olunub.

Şəffaflıq.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgi çərçivəsində "Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik" mövzusunda işgüzar sessiya keçirilib.

Nazirin I müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil və Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Olcas Saparbekovun iştirak etdiyi sessiyada çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq vurğulanıb.

Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.




Geri qayıt