Əsas Səhifə > QOROSKOP > Günün qoroskopu:Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin.
Günün qoroskopu:Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin.10-07-2024, 00:07 |
Qoç - Bir çox problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız. Buğa - Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək. Əkizlər - İşlərə yaradıcı yanaşma irəliləyişin başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın. Xərçəng - Hadisələrin intensiv, perspektivlərin yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın. Şir - Ümumən pozitiv zamandır. İşdə və münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli günlərindən biridir. Qız - Maliyyə, karyera və işlə bağlı məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni təfərrüatları üzə çıxacaq. Risklərdən çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq sizi üstələməsinə qətiyyən yol verməyin. Tərəzi - Zamanla ayaqlaşın. Situasiyanın dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın, tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz. Əqrəb - Yeni, təcili işlərdən, fövqalədə tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə problemlərin öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Oxatan - Kənar təsirlər altına düşməyin. Aktual məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki, rəqiblər sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika seçin. Oğlaq - Günün ilk yarısı müsbət emosiyalar və hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri nəzərə alın, problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla metodların çərçivələrindən kənara çıxın. Dolça - Peşəkar fəaliyyət sahənizdə inkişaf, irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin. Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda obyektiv olmağa çalışın. Balıqlar - Risk və avantüralar üçün yaxşı gündür. Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan keçirin. Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq danışın. Geri qayıt |