Əsas Səhifə > BİZNES / İqtisadiyyat > Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub
Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının iclasının vaxtı məlum olub9-07-2024, 14:52 |
Bu il iyulun 10-da Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti 13-cü iclası keçiriləcək. Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyindən məlumat verilib. “Sabah, iyulun 10-da Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək”, - məlumatda qeyd olunub. Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovdur. Xatırladaq ki, Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 12-ci iclası 2023-cü ildə Şuşada keçirilib. Həmin iclasda sənaye kooperasiyasının inkişafı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən regionlararası və mədəni-humanitar əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Şəffaflıq.az Geri qayıt |