Əsas Səhifə > İdman > Azərbaycan Reqbi Federasiyası yeni layihəyə start verib

Azərbaycan Reqbi Federasiyası yeni layihəyə start verib


9-07-2024, 13:08


Azərbaycan Reqbi Federasiyası bu idman növünün məktəb versiyasına - teq reqbisinə həsr olunmuş yeni internet saytını istifadəyə verib.

Şəffaflıq.az xəbər verir ki, uyunçular arasında fiziki təmas olmaması bu oyunu tamamilə təhlükəsiz edir.

Teq reqbi uşaq və yeniyetmələrdə sürət, çeviklik, təzyiq altında qərar qəbul etmə və komandada işləmək bacarıqlarını inkişaf etdirir.

İstənilən şəxs http://tag-rugby.az saytına daxil olaraq oxuduğu məktəbdə və ya yaşadığı həyətdə komanda yaratmaq üçün müraciət edə bilər. Layihədə iştirak ödənişsizdir.

Layihənin məqsədi bu olimpiya idman növünün Azərbaycanda populyarlaşdırılması və populyarlığının artırılmasıdır.


Geri qayıt