Əsas Səhifə > ELM VƏ TƏHSİL > Agentlik rəsmisi: Son iki ildə imtahanla uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib

Agentlik rəsmisi: Son iki ildə imtahanla uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib


9-07-2024, 12:55


Son iki ildə mərkəzləşdirilmiş imtahan nəticəsində uşaq bağçalarına 600-ə yaxın tərbiyəçi-müəllim işə qəbul edilib.

Şəffaflıq.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən ildən başlayaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə iki dəfə imtahan keçirilib:

"Bu il məktəbəqədər təsil müəssisəsinin müdiri vakansiyası üçün mərkəzləşdirilmiş qaydada imtahan təşkil edilib. Test imtahanı mərhələsindən uğurla keçən 177 nəfər müsahibəyə dəvət edilib. Son iki ildə isə 600-ə yaxın tərbiyəçi-müəllim mərkəzləşdirilmiş imtahan nəticəsində işə qəbul olunub. Onlardan 296 nəfəri məhz Agentliyin fəaliyyəti dövründə işə qəbul edilib".


Geri qayıt