Əsas Səhifə > BİZNES > Azərbaycan gömrükçüləri 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib

Azərbaycan gömrükçüləri 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib


8-07-2024, 15:01


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və ərazi əməliyyat struktur bölmələrinin əməkdaşları ümumi sayı 120 000 ədəd aksiz markasız tütün məmulatları aşkar edib.

Şəffaflıq.az bu barədə komitəyə istinadən xəbər verir.

Məlumata görə, məmulatlar Mingəçevir şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "Mercedes-Benz" markalı nəqliyyat vasitəsindən və istifadəsində olan fərdi yaşayış evindən tapılıb.


Geri qayıt