Əsas Səhifə > İdman > Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıblar


8-07-2024, 14:50


İtaliyanın Turin şəhərində keçirilən akrobatika gimnastikası üzrə “Turin Acro Cup” beynəlxalq turnirində Azərbaycan millisinin üzvləri 3 qızıl və 1 gümüş medal qazanıblar.

Şəffaflıq.az-ın məlumatına görə, Ağasif Rəhimov ilə Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Daniel Abbasov və Murad Rəfiyevin yer aldığı kişi cütlüyü, Nəzrin Zeyniyeva, Anahita Bashiri, Zəhra Rəşidovadan ibarət 13-19 yaş kateqoriyası üzrə qadın qrupu turnirdə birinci yeri tutub.

Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovun yer aldığı kişi qrupu gümüş mükafatla kifayətlənib.


Geri qayıt