Əsas Səhifə > İnfrastruktur > AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi 32 % artıb
AZPROMO: Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi 32 % artıb8-07-2024, 11:14 |
Bu ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 % artaraq 178 min ton təşkil edib. Şəffaflıq.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı"nda bildirib. Bundan başqa, onun sözlərinə görə, 2024-cü ilin I yarısında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları isə illik müqayisədə 93 % artıb. "İyulun 3-də “Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Bu sənəd ölkələrarası iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı ehtiva edir. Bu fəaliyyəti hər iki dövlət dəstəkləyir", - deyə Y.Abdullayev əlavə edib. Geri qayıt |