Əsas Səhifə > HƏRBİ > Qazaxıstanda Mərkəzi Asiya-Azərbaycan hərbi təlimləri başlayıb

Qazaxıstanda Mərkəzi Asiya-Azərbaycan hərbi təlimləri başlayıb


8-07-2024, 11:03


Qazaxıstanın qərbində yerləşən Manqistau vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan hərbçilərin iştirakı ilə beynəlxalq hərbi təlimlər başlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumata görə, “Birlestik-2024” (“Birləşdik-2024”) təlimində bölmələr şərti terrorçular tərəfindən ələ keçirilən adanın azad edilməsi, dəniz təhlükəsizliyinin təmin edilməsi və infrastrukturun mühafizəsi üzrə əməliyyatlar həyata keçirəcək.


Geri qayıt