Əsas Səhifə > Gündəm > Dünyanın ilk uçan avtomobilinin kütləvi istehsalı başladı! - QİYMƏTİ AÇIQLANDI
Dünyanın ilk uçan avtomobilinin kütləvi istehsalı başladı! - QİYMƏTİ AÇIQLANDI5-12-2019, 13:32 |
Şəffaflıq.az xəbər verir ki, ABŞ-ın Florida ştatının Mayami şəhərində keçirilən “Mayami Art Viik” festivalında Hollandiyanın PAL-V şirkətinin dünyada kütləvi istehsalı başladılan ilk uçan avtomobilinin təqdimatı olub. Uçan avtomobil 599 min dollara satılacaq. “Pioneer” Fərdi Hava Avtomobilinə (PAL-V) tələbin böyük olduğu, artıq indidən 70 ilkin sifarişin alındığı bildirilir. Bu avtomobil özündə təyyarə, vertolyot və minik avtomobilinin xüsusiyyətlərini birləşdirir. Hibridin yerdəki maksimal sürəti 160 km/saata bərabər olacaq, havada isə bundan ikiqat artıq sürətlə uçacaq. Uçuş llisenziyası lazımdır Avtomobildən istifadə eləmək istəyən şəxslərin isə həm sürücülük vəsiqəsinə, həm də uçuş lisenziyasında malik olmasının lazım olduğu bəyan edilib. “Pioneer” Fərdi Hava Avtomobili (PAL-V) üçtəkərli və ikiyerlidir. 600 kq ağırlığı olan maşının havaya qalxması üçün 164 metr uzunluğa və 30 metr enə malik uçuş-eniş zolağına ehtiyacı var. Texnoloji sıçrayış PAL-V şirkətinin icraçı direktoru Robert Dingemansenin açıqlamasında deyilir: “Digər uçan avtomobil istehsalçılarının bizim əldə elədiyimiz texnologiyaya çatmaları üçün hələlik qarşılarında uzun bir yol vardır. PAL-V düzgün mühəndislik xidmətlərini seçərək, isbatlanmış texnologiyalara sahib və mövcud sistemə tam şəkildə uyan bir avtomobil hazırlamağı bacardı”. 10 dəqiqədə çevrilmə PAL-V-nin motosikletə bənzər daşıma sistemi var. Avtomobilin təpəsində yarasa qanadı kimi qatlanan və açılan robot qanadları mövcuddur. Avtomobil 10 dəqiqə içərisində adi avtomobildən uçan avtomobilə çevrilir və 8 saniyə içərisində 0-dan 100 kilometrə qədər sürət yığır. Geri qayıt |