Əsas Səhifə > İdman > Paris olimpiadasında iştirak edəcək bütün basketbol milliləri bəlli olub

Paris olimpiadasında iştirak edəcək bütün basketbol milliləri bəlli olub


8-07-2024, 09:36


Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında kişilərin basketbol yarışında iştirak edəcək bütün komandalar bəlli olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu, təsnifat mərhələsinin yekununda dəqiqləşib.

İspaniya yığması final görüşündə Baham adalarını (86:78), Braziliya Latviyanı (94:69), Yunanıstan Xorvatiyanı (80:69), Puerto Riko yığması isə Litvanı (79:68) məğlub edib.

Beləliklə, İspaniya, Braziliya, Yunanıstan və Puerto Riko olimpiadada iştirak edəcək.

Avstraliya, Kanada, Yunanıstan və İspaniya A qrupunda, Braziliya, Fransa, Almaniya və Yaponiya B qrupunda, ABŞ, Serbiya, Puerto Riko və Cənubi Sudan isə C qrupunda mübarizə aparacaq.

Yay Olimpiya Oyunlarında basketbol yarışı iyulun 27-dən avqustun 11-dək keçiriləcək.


Geri qayıt