Əsas Səhifə > REGİON > İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian kimdir? - DOSYE

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian kimdir? - DOSYE


6-07-2024, 15:33


İranda keçirilən növbədənkənar prezident seçkisinin ikinci turunda islahatçılar düşərgəsinin nümayəndəsi - azərbaycanəsilli Məsud Pezeşkian islam inqilabından sonra ölkənin doqquzuncu prezidenti seçilib.

Şəffaflıq.az İran İslam Respublikasının yeni seçilmiş prezidenti haqqında qısa bioqrafik məlumatı oxucuların diqqətinə təqdim edir.

Məsud Pezeşkian 29 sentyabr 1954-cü ildə İranın şimal-qərbində, Qərbi Azərbaycan vilayətinin Mahabad rayonunda anadan olub. O, kardioloq-cərrahdır, İran-İraq müharibəsi zamanı həkim kimi çalışıb.

2000-2001-ci illərdə səhiyyə nazirinin müavini, 2001-2005-ci illərdə isə İranın səhiyyə naziri vəzifəsində çalışıb.

2007-ci ildən deputat seçilib və beş müddət ərzində İran parlamentində Təbriz, Osku və Azərşəhr seçki dairələrini təmsil edib, həmçinin spikerin müavini vəzifəsini tutub.

M.Pezeşkian 1993-cü ildə avtomobil qəzasında həyat yoldaşını və uşaqlarından birini itirib. O, qalan iki oğlunu və qızını tək böyüdüb, bir daha evlənməyib.



Geri qayıt