Əsas Səhifə > MALİYYƏ > AMB özünü onun əməkdaşı kimi təqdim edən şəxslərlə bağlı xəbərdarlıq edib

AMB özünü onun əməkdaşı kimi təqdim edən şəxslərlə bağlı xəbərdarlıq edib


5-07-2024, 15:25


Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar vətəndaşlara zəng edərək özünü qurumun əməkdaşı kimi təqdim edən dələduzlarla bağlı xəbərdarlıq edib.

Şəffaflıq.az məlumatına görə, qurum bəyan edib ki, AMB, eyni zamanda digər bank əməkdaşları heç bir halda kart sahiblərinə kart məlumatlarına dair sorğuları zəng vasitəsilə ünvanlandırmır.

"Vətəndaşları bu növ dələduzluq hallarına qarşı diqqətli olmağa, bank kartlarına dair məlumatların əldə olunması ilə bağlı müraciətləri cavablandırmamağa, şəxsi və məxfi məlumatları üçüncü şəxslərlə bölüşməməyə səsləyirik", - deyə məlumatda qeyd olunub.



Geri qayıt