Əsas Səhifə > MALİYYƏ > Hesablama Palatası: ARDNF yeni likvid portfel yaratmalıdır
Hesablama Palatası: ARDNF yeni likvid portfel yaratmalıdır5-07-2024, 14:57 |
Hesablama Palatası Dövlət Neft Fonduna (ARDNF) yeni likvid portfel yaratmağı təklif edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Palatanın Fondun 2023-cü il büdcəsinin icrasına verdiyi Rəydə bildirilir. "Valyuta hərraclarında tələbin artan qeyri-müəyyənliyi fonunda Fond tərəfindən öhdəliklərin (dövlət büdcəsinə transfertin) vaxtında yerinə yetirilməsi, əlavə xərc (alqısatqı xərcləri, potensial itkilərin reallaşdırılması) və risklərin (bençmarkların izlənilməsinə maneələr) yaranmaması üçün likvidliyin idarə edilməsi məqsədilə alt portfelin tərkibində potensial tələb miqdarında yeni likvid portfelin yaradılması məqsədəuyğundur", - deyə sənəddə qeyd olunub. Geri qayıt |