Əsas Səhifə > XARİCİ XƏBƏR > Müvəqqəti işlər vəkili: Bakı ilə Pekin arasında ikitərəfli əlaqələr zamanın sınağından çıxıb
Müvəqqəti işlər vəkili: Bakı ilə Pekin arasında ikitərəfli əlaqələr zamanın sınağından çıxıb5-07-2024, 10:49 |
Azərbaycan ilə Çin arasında diplomatik əlaqələr qurulandan iki ölkə arasında əməkdaşlıq zamanın sınağından çıxıb. Şəffaflıq.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. “İkitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndiririk. Astanada keçirilən sammit zamanı dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Bu, bir daha göstərib ki, Çin və Azərbaycan bir-birinin əsas maraqlarını dəstəkləməyə hazırdır”, - o vurğulayıb. Onun sözlərinə görə, Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”, Çin Sədri Si Cinpinin sözləri ilə desək, ikitərəfli münasibətlərin inkişafında yeni başlanğıc nöqtəsidir: “Çin Azərbaycanla münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daha məzmunlu mərhələyə yüksəltməyə hazırdır”. Geri qayıt |